Suriyanın İdlib bğlgəsində Türk konvoyuna raket hücumu nəticəsində bir əsgər ölüb, dörd əsgər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.
"10 mayda “Bahar kalkanı” əməliyyatı bölgəsindəki konvoyumuza raket hücumu nəticəsində bir əsgər şəhid oldu, daha dörd nəfər yaralandı. Onlar dərhal xəstəxanaya aparıldı”. Nazirlik “Twitter”də belə yazıb.
Hücumdan dərhal sonra Türk Silahlı Qüvvələri hədəflərə atəş açıb. Türk konvoyuna kimin hücum etdiyi dəqiq bildirilmir.
Bizim.Media