ABŞ Prezidenti Co Bayden və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, Bayden ABŞ-nin hava hücumundan müdafiə sistemləri üçün raketləri Ukraynaya göndərəcəyinə dair vəd verib.
Danışıq zamanı yeni hərbi yardım paketinə pilotsuz uçuş aparatları və döyüş sursatlarının da daxil olduğu da qeyd olunub.
Bizim.Media