Dombaydakı Qonaçxır dərəsində baş verən yanğın nəticəsində 15 xilasedici və 7 turistlə əlaqə kəsilib.
Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sıxışanları çıxarmağa çalışıb.
Məlumata görə, 40-a yaxın avtomobil dərədəki göl ərazisində qalıb.
Qeyd edilib ki, meşə yanğınının sahəsi ümumilikdə 5 min kvadratmetri əhatə edir. Əraziyə ən yaxın yaşayış məntəqəsi isə 7 km uzaqlıqda yerləşir.
Bölgədə olan digər turistlər meşədən təhlükəsiz zonaya aparılıb.
Bizim.Media