Çin hökuməti Livanda olan vətəndaşlarını qısa zamanda bu ölkəni tərk etməyə çağırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Beyrutdakı səfirliyi bəyanat yayıb.
Bəyanata əsasən, buna səbəb Livan-İsrail sərhədindəki gərginlik olub. Belə ki, Livanın cənubu səyahət üçün "son dərəcə təhlükəli", digər bölgələri isə "çox təhlükəli" kimi qiymətləndirilir.
Bizim.Media