Hərb və sülh - ABŞ üçün uğurlu namizəd KİMDİR?

Hazırda beynəlxalq aləmdə ən aktual mövzulardan biri də məhz noyabrda ABŞ-da keçiriləcək 60-cı Prezident seçkiləridir.

Bizim.Media xəbər verir ki, ABŞ-ın 47-ci prezidentinin seçiləcəyi seçkilər üçün 2 namizəd qeydə alınıb: Demokratlar Partiyasından Kamala Harris və Respublikaçılar Partiyasından Donald Tramp.
Kimin seçiləcəyi isə əsas müzakirə mövzusudur.

Bizim.Media-ya açıqlamasında mövzuya münasibət bildirən politoloq İlqar Vəlizadə bildirir ki, bu, təkcə namizədlərin yox, komandaların, politexnoloqların mübarizəsidir və namizəddən çox onun imici ön plandadır:

“Sorğular göstərir ki, Harrisin şansı Trampdan azdır. Ancaq proseslər sürətlə inkişaf etdiyi, politexnoloqlar işlədiyi üçün hər şey dəyişə bilər, yəni, dəqiq proqnoz vermək çətindir”, - deyə siyasi şərhçi deyib.

Bildiyimiz kimi, Trampın 4 illik prezidentlik təcrübəsi var, ancaq Harris seçilərsə, bu onun ilk təcrübəsi olacaq. Bəs, o bu işi uğurla icra edə bilər?

“Harrisin komandasınının, məsələn, milli təhlükəsizlik üzrə müşavirinin, müdafiə nazirinin kimlər olacağı, konqresdən necə dəstək alacağı onun uğurunu şərtləndirən amillərdir. Bəli, Tramp təcrübəli namizəddir, o öz vəzifəsinin öhdəsindən məharətlə gəlib. Əgər Tramp seçilsə, xarici siyasəti Kamala Harrisin siyasətindən daha uğurlu olar”, - deyə politoloq cavablandırıb.

Hansı namizədin seçilməsindən asılı olaraq dünya siyasətində necə dəyişikliklər ola bilər?

“Şərti olaraq, Harrisi müharibə partiyasının, Trampı isə sülh partiyasının lideri adlandırırlar. Çünki Tramp həm Yaxın Şərqdəki, həm də Ukraynadakı proseslərə sülh planıyla yanaşır, onun sülhlə bağlı təklifləri olsa da, Harris və komandasının belə sülh təklifləri yoxdur. Gözlənilir ki, Tramp hakimiyyətə gəlsə, dünyada müharibələr, alovlanan ocaqlar səngiyəcək”.

Qeyd edək ki, sentyabrın 10-da ABC telekanalında Donald Tramp və Kamala Harrisin debatı baş tutacaq.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Üç BÜRCÜN pul problemləri ilə üzləşməsinin SƏBƏBLƏRİ

Üç BÜRCÜN pul problemləri ilə üzləşməsinin SƏBƏBLƏRİ

Prezident Malayziya Kralını TƏBRİK ETDİ

Prezident Malayziya Kralını TƏBRİK ETDİ

Balakənin sabiq icra başçısının həbs müddəti UZADILDI

Balakənin sabiq icra başçısının həbs müddəti UZADILDI

İlham Əliyevdən Sadır Japarova MƏKTUB

İlham Əliyevdən Sadır Japarova MƏKTUB

Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə artım olacaq

Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə artım olacaq

Peskovdan Putin-Paşinyan görüşü ilə bağlı AÇIQLAMA – VİDEO

Peskovdan Putin-Paşinyan görüşü ilə bağlı AÇIQLAMA – VİDEO

Azərbaycanın ŞƏT-lə əlaqələrində YENİ MƏRHƏLƏ – Avrasiyanın dəyişən xəritəsində Bakının STRATEJİ ROLU

Azərbaycanın ŞƏT-lə əlaqələrində YENİ MƏRHƏLƏ – Avrasiyanın dəyişən xəritəsində Bakının STRATEJİ ROLU

“Prius” manevr edərkən qəza törətdi, heç nə olmamış kimi yoluna davam etdi – VİDEO

“Prius” manevr edərkən qəza törətdi, heç nə olmamış kimi yoluna davam etdi – VİDEO

Bəzi yerlərə leysan yağır -FAKTİKİ HAVA

Bəzi yerlərə leysan yağır -FAKTİKİ HAVA

Tramp İranı "darmadağın etdi" – VİDEO

Tramp İranı "darmadağın etdi" – VİDEO

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi

Bu gün ucaboylu adamlar evdən çıxmasın – Təbiətin hədəfindəsiniz!

Bu gün ucaboylu adamlar evdən çıxmasın – Təbiətin hədəfindəsiniz!

Azərbaycan XİN Qırğızıstanı təbrik etdi – FOTO

Azərbaycan XİN Qırğızıstanı təbrik etdi – FOTO

PUA-lara qarşı lazer savaşı başlayır: Rusiyanın yeni kompleksi ilk dəfə göstərildi - VİDEO

PUA-lara qarşı lazer savaşı başlayır: Rusiyanın yeni kompleksi ilk dəfə göstərildi - VİDEO

Rusiya Ukrayna Silahlı Qüvvələrinin Kiyevdəki anbarlarını vurdu – VİDEO

Rusiya Ukrayna Silahlı Qüvvələrinin Kiyevdəki anbarlarını vurdu – VİDEO

Paltaryuyana yuyucu tozla birlikdə əlavə edin: Nəticəni görənlər təəccüblənir

Paltaryuyana yuyucu tozla birlikdə əlavə edin: Nəticəni görənlər təəccüblənir

Avtomobil sahiblərinin nəzərinə - Xərclər artır

Avtomobil sahiblərinin nəzərinə - Xərclər artır

“Mercedes”lə “Range Rover” toqquşdu- Video

“Mercedes”lə “Range Rover” toqquşdu- Video

Alimlər toxumaların bərpasını sürətləndirən məşq növünü müəyyən ediblər

Alimlər toxumaların bərpasını sürətləndirən məşq növünü müəyyən ediblər

Sabahdan Azərbaycanda yeni qadağa başlayır

Sabahdan Azərbaycanda yeni qadağa başlayır

“Yaxşı ki, tibbə qəbul olmadım”- 617 balla baytarlığı seçən Xaliq

“Yaxşı ki, tibbə qəbul olmadım”- 617 balla baytarlığı seçən Xaliq

Şəmkirdə evdən 43 yaşlı kişinin meyiti TAPILDI

Şəmkirdə evdən 43 yaşlı kişinin meyiti TAPILDI

Müəllimlərin NƏZƏRİNƏ: Təkrar sertifikasiya başlayır, maaşlar artırılacaq

Müəllimlərin NƏZƏRİNƏ: Təkrar sertifikasiya başlayır, maaşlar artırılacaq

Tehranda ZƏLZƏLƏ oldu

Tehranda ZƏLZƏLƏ oldu

End of content

No more pages to load

RADİO