Venesuela Prezidenti Nikolas Maduro maraqlı addımı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, Maduro canlı yayımlanan çıxışı zamanı izləyicilərin gözü önündə “WhatsApp” tətbiqini telefonundan silib.
Prezident vətəndaşları ondan nümunə götürməyə çağırıb və bildirib ki, proqram “faşistlər” tərəfindən zorakılığı qızışdırmaq üçün istifadə olunur.
Xatırladaq ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə də “WhatsApp” vasitəsilə aşkar edilərək sui-qəsdə məruz qalımışdı.
Bizim.Media