Rusiya qazının “Türk axını” ilə Avropaya nəqli ilin birinci yarısında 40,5% artaraq 9,26 milyard kubmetrə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) hesabatında qeyd olunub.
Belə ki, iyul ayında ixrac həcmlərində nəzərəçarpacaq artım müşahidə olunub. Ötən ay Rusiyadan ixrac olunan qazın həcmi 1,5 milyard kubmetrdən çox olub. Bu da iyun ayı ilə müqayisədə 29% çoxdur.
İllik ifadədə isə artım 9% təşkil edib.
Bizim.Media