Ukrayna Donetsk vilayətini tam itirir - “The Washington Post”

Ukrayna Silahlı Qüvvələrinin 47-ci briqadasının batalyon komandiri “The Washington Post” qəzetinə müsahibəsində Rusiyanın Donetsk vilayətininin bütün ərazisini işğal etməyə yaxın olduğunu etiraf edib.

Bizim.Media xəbər verir ki, bu barədə musavat.com saytı yazıb.

Ukraynalı hərbçi qeyd edib ki, Donetskin ələ keçirilməsi gələcək danışıqlar zamanı Rusiyaya böyük üstünlük verəcək.

“The Washington Post” bildirir ki, Rusiya qoşunları indi üç əsas nöqtədən ibarət qövslə irəliləyir. Birincisi, Rusiyanın 2023-cü ilin yazında azad etdiyi Artyomovskdan qərbdə yerləşən Çasov Yardır. İkincisi, kiçik sənaye şəhəri Toretskdir. Və nəhayət, rus qoşunlarının fevralda işğal etdikləri Avdeyevkadan şimal-qərbə doğru irəlilədikdən sonra may ayında tutulan Oçeretino şəhərinin qərbində strateji yüksəkliklərdə yerləşən kiçik kəndlər var.

Bundan əvvəl “Al Khaleej” qəzeti iki illik döyüşlərdən sonra Ukraynanın sülh danışıqları və ya strateji məğlubiyyət arasında seçim qarşısında qaldığını yazmışdı.

Nəşr qeyd edir ki, Qərbin Ukrayna Silahlı Qüvvələrini silah və sursatla doldurmaq üçün ayırdığı milyardlarla dollara baxmayaraq, Rusiya ordusunun irəliləməsinin qarşısını almaq mümkün olmur.

Ukrayna parlamentinin qəbul etdiyi yeni səfərbərlik qanunu da hələ ki, lazımi nəticə verməyib. Yeni çağırışçılar hələ də hərbi təlim keçirlər və çağırış hüququ olanların çoxu cəbhəyə göndərilməmək üçün ya ölkədən qaçıb və ya gizləniblər.

Rusiya müharibə başlayanadək Donetsk vilayətinin 7 min 853 kvadratkilometrinə, Luqansk vilayətinin isə 8 min 377 kvadratkilometrinə nəzarət edirdi. 2014-cü ildən işğal edilən Krım (ərazisi 26 min 861 kvadratkilometr) və Sevastopulu da (1079 kvadratkilometr)bura əlavə etsək, müharibəyədək Rusiyanın nəzarətinə keçən ərazinin ümumi sahəsi 44 min 170 kvadratkilometr idi. Ukraynanın 603 min 548 kvadratkilometr ərazisi olduğunu nəzərə alsaq, demək, son müharibəyədək ölkə ərazisinin 7,3 faizi Kiyevin nəzarətində deyildi.

52 şəhəri olan Donetsk vilayətinin ərazisi Ukrayna ərazisinin 4,4%-ni təşkil edir ki, bura 18 rayon, 52 şəhər (o cümlədən 28 rayon əhəmiyyətli), 131 şəhər tipli qəsəbə və 1118 kənd yaşayış məntəqəsi daxildir. Mərkəzi Donbasa Donetsk, Makiyevka, Qorlovka, Yenakiyevo, Xartsizsk, Pokrovsk, Amvrosiyevka, Şaxtyorsk şəhərləri daxildir. Kramatorsk, Baxmut, Slavyansk, Svyatoqorsk, Liman, Konstantinovka, Soledar Şimali Donbas hesab olunur. Şərqi Donbasa isə Luqansk, Lisiçansk, Alçevsk, Krasnodon, Severodonetsk, Krasnı Luç, Staxanov, Antrasit şəhərləri daxildir.

Rusiya bu əraziləri rəsmən özünə “birləşdidiyi” üçün ölkə konstitusiyası bu şəhərlərin də “azad edilməsini” tələb edir. Demək, təkcə Zelenskini deyil, Putini də danışıqlar masası arxasına oturtmağa razılaşdırmaq lazım gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sahibə Qafarova Serbiyaya işgüzar səfərə getdi - FOTO

Sahibə Qafarova Serbiyaya işgüzar səfərə getdi - FOTO

Prezident və xanımı Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının AÇILIŞINDA

Prezident və xanımı Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının AÇILIŞINDA

Azərbaycanda itkin düşmüş şəxslər üzrə IV Beynəlxalq Konfrans keçiriləcək

Azərbaycanda itkin düşmüş şəxslər üzrə IV Beynəlxalq Konfrans keçiriləcək

Sumqayıtda ata oğlunu bıçaqladı – Saxlanılan var

Sumqayıtda ata oğlunu bıçaqladı – Saxlanılan var

Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşdi - FOTO

Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşdi - FOTO

Autizmli uşağın zorakılığa məruz qalması ilə bağlı RƏSMİ AÇIQLAMA

Autizmli uşağın zorakılığa məruz qalması ilə bağlı RƏSMİ AÇIQLAMA

Magistraturaya boş qalan yerlərin nəticələri ELAN OLUNDU

Magistraturaya boş qalan yerlərin nəticələri ELAN OLUNDU

Azərbaycanda 5 şirkət ləğv olunur

Azərbaycanda 5 şirkət ləğv olunur

Ceyhun Bayramovla Mirzoyanın Bişkekdə ayaqüstü söhbəti – VİDEO

Ceyhun Bayramovla Mirzoyanın Bişkekdə ayaqüstü söhbəti – VİDEO

Kiprdə batan gəmi ilə bağlı 2 Azərbaycan vətəndaşı SAXLANILDI

Kiprdə batan gəmi ilə bağlı 2 Azərbaycan vətəndaşı SAXLANILDI

DİQQƏT! Bakının bu ərazisində su KƏSİLƏCƏK

DİQQƏT! Bakının bu ərazisində su KƏSİLƏCƏK

Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma APARIR

Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma APARIR

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq - FOTO

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq - FOTO

Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi– Foto

Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi– Foto

Sürücülərin DİQQƏTİNƏ: Bakının bir sıra küçələrində təmir BAŞLAYIR

Sürücülərin DİQQƏTİNƏ: Bakının bir sıra küçələrində təmir BAŞLAYIR

39 nəfər XƏSTƏXANALIQ oldu – TƏBİB-dən AÇIQLAMA

39 nəfər XƏSTƏXANALIQ oldu – TƏBİB-dən AÇIQLAMA

Süni intellekt 12 peşəni sıradan çıxarır: 2035-ci ilə qədər...

Süni intellekt 12 peşəni sıradan çıxarır: 2035-ci ilə qədər...

Qarabağın rəsmi toponimləri rəqəmsal xəritədə yeniləndi – FOTO

Qarabağın rəsmi toponimləri rəqəmsal xəritədə yeniləndi – FOTO

Bu ərazilərdə Amerika ağ kəpənəyi yayılıb – FOTO

Bu ərazilərdə Amerika ağ kəpənəyi yayılıb – FOTO

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü KEÇİRİLİB - FOTO/VİDEO

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü KEÇİRİLİB - FOTO/VİDEO

Bu bürclər ilin sonunadək hədəflərinə çatacaq

Bu bürclər ilin sonunadək hədəflərinə çatacaq

500 manatdan başlayan qiymətlərlə: Dövlət qurumlarına məxsus avtomobillər satılır

500 manatdan başlayan qiymətlərlə: Dövlət qurumlarına məxsus avtomobillər satılır

"Paxmel"dən sonra nə yemək lazımdır? -Həkim tövsiyəsi

"Paxmel"dən sonra nə yemək lazımdır? -Həkim tövsiyəsi

Bakının mərkəzindəki aptekdə ölüm hadisəsi

Bakının mərkəzindəki aptekdə ölüm hadisəsi

End of content

No more pages to load

RADİO