Türkiyədə Kerim Yücel adlı "TikTok" ulduzu faciəli şəkildə ölüb.
Bizim.Media xəbər verir ki, dəhşətli hadisə Ankarada baş verib.
"TikTok" səhifəsində canlı yayım açan 45 yaşlı Kerimin əlində tapança olub.
Alkoqol qəbul edərək affekt vəziyyətdə olan Yecel tapançanı gicgahına qoyub və səhvən tətiyi çəkib. Açdığı atəş nəticəsində canlı yayımda "TikTok"er dərhal yerə yıxılıb. Kerim xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Rəşad Əliyev, Bizim.Media