İranda 149 nəfər “Denge” qızdırmasına yoluxub.
Bizim.Media xəbər verir ki, bu barədə İranın səhiyyə naziri açıqlama verib.
Xəstəliyə yoluxmuş 149 nəfərdən 11 nəfəri yerli, 130 nəfər BƏƏ, 6 nəfər Pakistan, 1 nəfər Oman və 1 nəfər Benin vətəndaşıdır.
Qeyd edilib ki, hazırda Hormozqan, Sistan-Bəluçistan, Buşehr, Xuzestan, Gilan, Mazandaran və Gülüstan əyalətləri “Denge” qızdırmasından əziyyət çəkir.
Bizim.Media