Türkiyənin Muğla şəhərində meşəlik ərazidə yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb.
Bildirilib ki, Muğlanın Bodrum rayonunda meşə yanıb. Ərazidə 10 helikopter, 8 təyyarə, 16 su tankeri, 5 dozer, 271 şəxsi heyət yanğının söndürülməsi işinə cəlb olunub.
"Bölgə dağlıq olduğu və küləyin istiqaməti tez-tez dəyişdiyi üçün yanğın nəzarətdən çıxıb böyüməyə meyllidir. Biz yanğının qarşısını almaq üçün aktiv şəkildə işləməyə davam edirik", - deyə Bələdiyyə sədri Tamer Mandalinci bildirib.
Bizim.Media