“Biz Ukrayna üçün daha çox hava hücumundan müdafiə sistemi əldə etmək üçün mübarizə aparırıq”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda keçirilən NATO sammitində çıxışı zamanı bildirib.
“Əminəm ki, istəyimizə nail olacağıq. Biz daha çox F-16 tədarükü üçün mübarizə aparırıq, Ukrayna üçün əlavə təhlükəsizlik təminatlarına çalışırıq– bunlar silah və maliyyə, eləcə də siyasi dəstəkdir”, - deyə Ukrayna prezidenti bildirib.
Bizim.Media