Vaşinqton prezident Salome Zurabişvilinin köməyi ilə Gürcüstanda "rəngli inqilab" hazırlaya bilər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Xarici Kəşfiyyat xidməti yayıb.
"Ən yaxşı Hollivud ənənələri üzrə qurulmuş ssenarinin əsas süjet xətləri məlum olub. ABŞ Zurabişvilinin dili ilə müxalifətdən olan seçiciləri "Gürcü arzusu"nun hansısa siyasi sürprizinə hazırlamaq niyyətindədir. Bu isə son nəticədə növbəti "rəngli inqilab"a gətirib çıxara bilər", məlumatda deyilir.
Bizim.Media