Argentina Ukraynaya silah göndərməyə hazır olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Polskie Radio” ölkənin müdafiə naziri Luis Alfonso Petriyə istinadən məlumat verib.
“Keçmişdə Argentina Venesuela, Kuba və İranla səmimi münasibəti vardı, indi biz bunu onların yaşaması üçün mübarizə aparan ölkələrlə edirik”– deyə ölkənin müdafiə naziri bildirib.
Onun sözlərinə görə, Argentina NATO-ya üzv olmaq üçün müraciət etmək, Çin texnikası əvəzinə F-16 döyüş təyyarələri almaq və Ukraynaya silah göndərməklə yardım etmək qərarına gəlib.
Bizim.Media