Latviya Ukraynaya 4 milyon avro dəyərində 2500 döyüş təyyarəsi verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds məlumat verib.
O qeyd edib ki, 300 ədəd pilotsuz təyyarənin ilk partiyası yaxın günlərdə təhvil veriləcək:
“Biz pilotsuz uçuş aparatları koalisiyasının üzvləri ilə birlikdə Ukrayna ordusunun mövcud ehtiyaclarına və sınaq tələblərinə uyğun olaraq Kiyevi müxtəlif gücə malik döyüş PUA-ları ilə təmin etmək üçün daim çalışırıq”.
Bizim.Media