“Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlığını təhlükə altına qoyur”.
Bizim.Media xəbər verir ki, bunu respublika prezidenti Salome Zurabişvili ABŞ-nin gürcü-amerikan hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə salmaq qərarı ilə bağlı açıqlamasında deyib.
O qeyd edib ki, Gürcüstan Müdafiə Nazirliyi gürcü-amerikan hərbi təlimlərinin təxirə salınmasından təəssüflənib.
Departamentin bəyanatında deyilir: “Birləşmiş Ştatların həm Gürcüstan, həm də ABŞ-nin xeyrinə olan təlimi təxirə salmaq qərarına gəlməsi çox təəssüf doğurur”.
Müdafiə Nazirliyi həmçinin qeyd edib ki, Gürcüstan ABŞ-la birgə “Fortitude 2025” təlimləri keçirməyə hazırlaşır.
Bizim.Media