Ukrayna Nazirlər Kabineti müdafiə naziri Rustem Umerova yeni müavinlər təyin edib.
Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, Anatoli Kloçko və Aleksandr Sergey müdafiə nazirinin müavinləri təyin olunub.
Anatoli Kloçko 2020-2022-ci illərdə Silah Təchizatı Mərkəzi İdarəsinin rəisi olub, 2022-ci ilin oktyabrından isə Baş Kəşfiyyat İdarəsinin hərbi hissəsində xidmət edib.
Aleksandr Sergey isə 2010-cu ildən Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifələrdə çalışıb.
Bizim.Media