Çeçenistan rəhbəri Ramzan Kadırovun qızı, Respublika hökuməti sədrinin müavini Ayşat Beynəlxalq Tatarlar İttifaqının medalları ilə təltif edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Kadırov özünün “Telegram” kanalında məlumat verib.
Məlumata görə, Qroznıda keçirilən mükafatlandırma mərasimi Sabantuy bayramı ərəfəsində baş tutub: “Sabantuyun açılışı zamanı Vasil Şayxraziyev Çeçenistan Respublikası Hökuməti sədrinin müavini Ayşat Kadırova Beynəlxalq Tatarlar İttifaqının medallarını təqdim edib”.
Bizim.Media