Böyük Britaniyanın Moskvadakı səfiri Naycel Keysi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Britaniya səfirinin çağırılmasının səbəbi açıqlanmır.
Qeyd edək ki, mayın 2-də “Reuters” agentliyi Britaniyanın xarici işlər naziri Devid Kemeronla müsahibəsini dərc edib. Müsahibədə D.Kemeron Ukraynanın Britaniya silahları ilə Rusiya ərazisindəki hədəfləri vurmaq hüququna malik olduğunu iddia edib.
Bizim.Media