Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bu gün Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində Rusiyanın Su-25 hücum təyyarəsini vurub.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə videomüraciətində bildirib.
O, həmçinin Rusiyanın Ukrayna ərazisini, xüsusən Xarkov, Odessa və Dnepropetrovsk vilayətlərini atəşə tutmasının yeni dalğasından danışıb.
Ukrayna liderinin sözlərinə görə, gün ərzində Rusiya ordusu “sərhəd zonalarına və cəbhədəki mövqelərə” qarşı müxtəlif tipli səkkiz raket və 70-ə yaxın idarə olunan bombadan istifadə edib.
Bizim.Media