Fransız bəstəkar və pianoçu Nikolas Çeloro Rusiya Federasiyasının pasportunu alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
“Fransadan olan məşhur bəstəkar və pianoçu Nikolas Çeloro ölkəmizin yeni vətəndaşı olub. Musiqiçi bir ildən artıqdır ki, həyat yoldaşı ilə Rusiyada yaşayır”, - deyə DİN rəsmisi qeyd edib.
Bizim.Media