“ABŞ Rusiyanın enerji sektoruna və əlaqədar infrastruktura qarşı sanksiyaları davam etdirəcək. Biz vintləri sıxmağa və əsas enerji layihələrinin, eləcə də gələcək enerji layihələrinin və əlaqəli infrastrukturun inkişafında iştirak edən geniş şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində enerji təhlükəsizliyinə dair konfransda məlumat verib.
O bildirib ki? məhdudiyyətlər əsasən, Rusiya Federasiyasının gələcək enerji layihələri üçün materialların və qabaqcıl texnologiyaların satın alınması ilə məşğul olan müəssisələrə təsir edəcək.
Bizim.Media