Avropa İttifaqına (Aİ) üzv ölkələr İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirmək barədə razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Aİ Şurasının Lüksemburqda keçirilən iclasından sonra keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, sanksiyalar Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) və raketlərin tədarükünə də təsir göstərəcək.
Bizim.Media