Almaniyanın qərbindəki Olpe şəhəri yaxınlığında avtobusun aşması nəticəsində 27 məktəbli xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.
Məlumata görə, içərisində 15-17 yaşlı məktəblilərin də olduğu avtobus A45 şosesində yoldan çıxaraq aşıb.
Bildirilib ki, şagirdlərdən dördü ağır yaralanıb və xəstəxanaya aparılıb. Qəzanın baş vermə səbəbləri araşdırılır.
Bizim.Media