ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə 26,4 milyard dollar əlavə yardım nəzərdə tutan qanun layihəsini qəbul edib.
Bizim.Media xəbər verir ki, qanun layihəsi Konqresin bu gün keçirdiyi səsvermə nəticəsində qəbul edilib.
Qərar Senatın təsdiqi və Prezident Baydenin imzasından sonra qüvvəyə minəcək.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası həmçinin Tayvan (8,1 milyard dollar) və Ukraynaya (60,8 milyard dollar) da maddi yardımın göstərilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Bizim.Media