İran XİN rəhbəri İsraillə gərginliyə getməyəcəklərini bildirib

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkəsinə edilən son hücumun arxasında İsrailin olduğunu etiraf etməkdən imtina edib və istifadə edilən silahları daha çox uşaq oyuncağı ilə müqayisə edib.

Bizim.Media xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında iştirak üçün Nyu-Yorkda səfərdə olan İran xarici işlər naziri "NBC News"a müsahibəsində deyib.

"Dünən gecə baş verənlər hücum deyildi. Onlar dronlara deyil, daha çox uşaqlarımızın oynadığı oyuncaqlara bənzəyirdi", - İran XİN rəhbəri deyib.

O, İsrail tərəfindən irimiqyaslı və güclü bir hücum olmayana qədər İranın cavab verməyi planlaşdırmadığını söyləyib:

"Nə qədər ki, İsrailin bizim maraqlarımıza qarşı yeni avantürizmi yoxdur, o zaman bizim heç bir yeni reaksiyamız da olmayacaq".

Lakin xarici işlər naziri xəbərdarlıq edib ki, əgər İsrail İrana hücum etsə, cavab sürətli və sərt olacaq. "İsrail mənim ölkəmə qarşı qətiyyətli addım atsa və bu, sübuta yetirilərsə, bizim cavabımız dərhal və maksimum olacaq. Bu, onların peşmanlığına səbəb olacaq".
İranın baş diplomatı ölkəsinin ötən həftə raketlər və PUA-lar vasitəsilə İsrailə irimiqyaslı hücumu barədə də danışıb. Abdullahian hücumun "xəbərdarlıq" məqsədi daşıdığını bildirib. "Biz Hayfa və Təl-Əvivi vura bilərdik. Biz İsrailin bütün iqtisadi limanlarını da hədəfə ala bilərdik. Ancaq bizim qırmızı xətlərimiz mülki şəxslər idi. Bizim yalnız hərbi məqsədimiz var idi", - xarici işlər naziri deyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qadını görənlər dərhal polisə MƏLUMAT VERSİNLƏR

Bu qadını görənlər dərhal polisə MƏLUMAT VERSİNLƏR

Emin Əmrullayev Aytəkin Alxaslı ilə GÖRÜŞDÜ - SƏMİMİ SÖHBƏT – VİDEO

Emin Əmrullayev Aytəkin Alxaslı ilə GÖRÜŞDÜ - SƏMİMİ SÖHBƏT – VİDEO

Şimşək çaxacaq, dolu yağacaq – SABAHIN HAVASI

Şimşək çaxacaq, dolu yağacaq – SABAHIN HAVASI

Qrem SİRLƏRİ AÇDI: “Tramp telefonda İran rəsmisinə elə qışqırdı ki...” – VİDEO

Qrem SİRLƏRİ AÇDI: “Tramp telefonda İran rəsmisinə elə qışqırdı ki...” – VİDEO

Aleksey Overçuk: "Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var"

Aleksey Overçuk: "Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var"

Hövsan sakinlərinə ŞAD XƏBƏR

Hövsan sakinlərinə ŞAD XƏBƏR

Hidayət Heydərov Avropa çempionatında növbəti qələbəsini qazandı – YENİLƏNİB

Hidayət Heydərov Avropa çempionatında növbəti qələbəsini qazandı – YENİLƏNİB

Bakı-Xırdalan-Sumqayıt qatarlarının fəaliyyətinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı-Xırdalan-Sumqayıt qatarlarının fəaliyyətinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Pensiyalar bu tarixdə VERİLƏCƏK

Pensiyalar bu tarixdə VERİLƏCƏK

Vəzifədən azad edilən baş memarın mülkləri – SİYAHI

Vəzifədən azad edilən baş memarın mülkləri – SİYAHI

Dəmir yolları ilə sərnişin daşımalarında REKORD

Dəmir yolları ilə sərnişin daşımalarında REKORD

Ali Məhkəmədən XƏBƏRDARLIQ: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir

Ali Məhkəmədən XƏBƏRDARLIQ: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir

Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa təhlükəsiz səfər etmək mümkün olacaq"

Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa təhlükəsiz səfər etmək mümkün olacaq"

"Space" telekanalı BAĞLANIR?

"Space" telekanalı BAĞLANIR?

Ən inadkar BÜRCLƏR: səhvlərini heç vaxt etiraf etmirlər

Ən inadkar BÜRCLƏR: səhvlərini heç vaxt etiraf etmirlər

Avtomobilini satmaq istəyənlərin DİQQƏTİNƏ

Avtomobilini satmaq istəyənlərin DİQQƏTİNƏ

Rza Tamer vəfat etdi

Rza Tamer vəfat etdi

Kürdəmir dəmir yolu stansiyası yenidən istifadəyə verildi – Səfər vaxtı 1 saat qısaldı - FOTO

Kürdəmir dəmir yolu stansiyası yenidən istifadəyə verildi – Səfər vaxtı 1 saat qısaldı - FOTO

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir – FOTO

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir – FOTO

İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTO

İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTO

Millimiz Malta və San Marino ilə QARŞILAŞACAQ

Millimiz Malta və San Marino ilə QARŞILAŞACAQ

XƏBƏRDARLIQ! Kürün bu hissəsində suyun səviyyəsi 2 dəfə ARTACAQ – VİDEO

XƏBƏRDARLIQ! Kürün bu hissəsində suyun səviyyəsi 2 dəfə ARTACAQ – VİDEO

Qadın ərini öz bacısı ilə YAXALADI və onları belə BİABIR etdi – VİDEO

Qadın ərini öz bacısı ilə YAXALADI və onları belə BİABIR etdi – VİDEO

Yenə də onun qarşısında diz çökdü – Video

Yenə də onun qarşısında diz çökdü – Video

End of content

No more pages to load

RADİO