İranın Şiraz şəhərində 11 yaşlı qız şəxsi evində paltar satan 50 yaşlı qadını bıçaqlayaraq öldürüb.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, qatilin 40 yaşlı anası isə öldürülən qadının qızını yaralayıb.
Bildirilib ki, 11 yaşlı qızın cinayəti törətməsinə səbəb satıcının ona gülməsi olub.
Qeyd edək ki, azyaşlı qatil və anası dərhal hadisə yerindən uzaqlaşsalarda, 6 saatdan sonra həbs ediliblər.

Bizim.Media