Donbasda Ukrayna mövqeləri minaatanlardan, qumbaraatanlardan, pulemyotlardan və tank əleyhinə raket sistemindən atəşə tutulub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “korrespondent.net” saytı yayıb.
Mənbə yazır ki, Donbasda son bir gündə separatçılar tərəfindən atəşkəsin 17 dəfə pozulması qeydə alınıb.
İnformasiyanı Birləşmiş qüvvələrin əməliyyatı özünün Facebook səhifəsində verib. Atışma nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bir hərbçisi dünyasını dəyişib.
Bu gün səhər isə atəşkəs rejimi üç dəfə pozulub.
Bizim.Media