Əsl faktlar ÜZƏ ÇIXDI – Ukraynaya ordu göndərməkdən danışan Fransa Rusiyanın əsas tərəfdaşı imiş...

Fransa 2024-cü ilin fevralında Rusiyadan ən çox qaz alan ölkə olub. Yəni həmin dövrdə Fransa Rusiya qazının əsas alıcısına çevrilib.

Bu barədə “RİA Novosti" məlumat yayıb. Belə ki, fevral ayında Fransa Rusiyadan 322,3 milyon maye qaz (LNG) alıb ki, bu da yanvar ayı ilə müqayisədə 10 faiz çoxdur. Maraqlıdır, bir tərəfdən, Ukrayna məsələsinə görə, Rusiyaya sanksiya tətbiq edən, hətta fransız qoşunlarının Ukraynaya göndərilməsindən danışan Paris, digər tərəfdən, Moskvadan ən çox qaz alan bir ölkəyə çevrilib. Bu isə Parisin ikiüzlü siyasət yürütdüyünün bariz nümunəsidir.

“Fransanın imkanı olsa, ABŞ-dan üz döndərər”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirir ki, Fransanın bu sayaq münasibət sərgiləyəcəyi gözlənilən idi:

“Qərbdə kollektiv maraqlarla yanaşı, hər dövlətin öz marağı da var. Təkcə Fransa yox, digər Avropa ölkələri də bir tərəfdən sanksiyalara qoşulur, digər tərəfdən də Rusiya ilə münasibətlər qurur. Məlum oldu ki, bir çox Qərb dövlətləri Rusiya silah sənayesi üçün detallar verməkdə davam edir. Fransa və Almaniyanın isə Rusiya ilə xüsusi münasibətləri tarixən olub. Paris və Berlinin imkanı olsa, bu gün NATO və ABŞ-dan da üz döndərib, Rusiyaya doğru meyllənərlər. Parisin hər zaman kollektiv maraqdan çox öz marağını üstün tutub”.

“Fransa hər zaman imzası və sözünə sadiq olmayan dövlət kimi özünü göstərib”

Partiya sədrinin fikrincə, Fransanın indiki vəziyyətdə Rusiyadan ən çox qaz alan ölkə olması onu göstərir ki, kollektiv maraqlar deyilən məsələnin özü də əslində Parisin özəl maraqlarına xidmət edən məsələlərdir:

“Bu gün Parisin İrəvanla münasibətinin kökündə Türkiyəyə olan düşmən münasibəti dayanır. Belə məqamda Paris ikili oyun oynamağı sevir. Fransa kimi dövlətlər hər an müttəfiq saydıqları dövlətləri belə sata bilərlər. Bunu Amerikada da bilirlər. ABŞ Avropada Fransa ilə Almaniya arasında lider olmaq uğrunda mübarizə olduğunu başa düşür və bu müstəvidə Berlinin önə çıxmasında maraqlıdır.

Paris də buna görə Rusiyadan daha çox qaz alan ölkəyə çevrilmək kimi hərəkətlərilə Amerikaya, NATO-ya dirsək göstərmək istəyir. Vaşinqton ABŞ olmasa Avropanın Rusiya qarşısında aciz olduğunu göstərdiyi kimi, Paris də istəsələr Moskva ilə müttəfiqlik edə biləcəklərini göstərir”.
Digır tərəfdən, həmsöhbətimizə görə, Parisin sanksiyalara rəğmən digər Avropa ölkələrilə müqayisədə Rusiyadan ən çox mavi yanacaq alması daxildə sosial məsələlərin sahmana salınmasına, seçkilərə hesablanmış addımdır: 

“Fransa hər zaman imzasına və sözünə sadiq olmayan dövlət kimi özünü göstərib. Bunun bariz nümunəsini Parisin ATƏT-in Minsk qrupunda sərgilədiyi mövqeyində də gördük. Sabah Bakı və Ankara ilə İrəvan arasında yaxınlıq olarsa, Paris eyni hərəkəti Ermənistana qarşı da atacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-İran müharibəsi bu çərəzin qiymətini ARTIRDI

ABŞ-İran müharibəsi bu çərəzin qiymətini ARTIRDI

Keksin üstünün çatlamaması üçün nə etməli?

Keksin üstünün çatlamaması üçün nə etməli?

“Tottenhem”də ciddi itki

“Tottenhem”də ciddi itki

Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq – VİDEO

Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq – VİDEO

Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO

Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO

Klinton: ABŞ İranla çox zəif danışıqlar mövqeyindədir

Klinton: ABŞ İranla çox zəif danışıqlar mövqeyindədir

İran və ABŞ arasında növbəti danışıqların TARİXİ AÇIQLANDI

İran və ABŞ arasında növbəti danışıqların TARİXİ AÇIQLANDI

“Hizbullah”dan 3 əsas ŞƏRT: Əsir götürəcəyik və...

“Hizbullah”dan 3 əsas ŞƏRT: Əsir götürəcəyik və...

Mbabpe məşqlərə başladı

Mbabpe məşqlərə başladı

Zaqatalada maşın piyadanı vurub öldürdü

Zaqatalada maşın piyadanı vurub öldürdü

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Millimiz Qazaxıstana məğlub oldu

Millimiz Qazaxıstana məğlub oldu

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Mirzoyan Brüsselə gedəcək

Mirzoyan Brüsselə gedəcək

Papadan üzr istəyən DEYİLƏM!

Papadan üzr istəyən DEYİLƏM!

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

End of content

No more pages to load

RADİO