Ukrayna Prezidenti Volodimir Zelenski səfərbərlik haqqında qanunu imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna parlamentinin saytında məlumat yerləşdirilib.
Məlumata görə, aprelin 11-də Ali Radanın ikinci oxunuşda qəbul etdiyi səfərbərliyin sərtləşdirilməsinə dair qanun layihəsi Ukrayna prezidentinin imzası ilə qüvvəyə minib.
Qanunda nəzərdə tutulmuş normaların əsas hissəsi imzalandıqdan bir ay sonra, mayın 16-da qüvvəyə minəcək.
Qeyd edək ki,qanun layihəsinə ümumilikdə 31 dəyişiklik edilib, eləcə də 36 aylıq xidmətdən sonra ordudan tərxis olunma müddəası çıxarılıb.
Bizim.Media