“Tesla” və “SpaceX”in rəhbəri İlon Mask bildirib ki, sahibi olduğu “X” sosial şəbəkəsində müəyyən funksiyalar ödənişli ola bilər.
Bizim.Media xəbər verir ki, amerikalı milyarder bu barədə özünün “X” hesabında məlumat verib.
O qeyd edib ki, sosial platformada hesab açan bütün yeni istifadəçilərdən paylaşımlar, bəyənmələr, əlfəcinlər və digər hərəkətlər üçün “kiçik ödəniş” tələb etməyə başlaya bilər.

Bizim.Media