Tacikistanın Xatlon vilayətində “Harb Maydon” poliqonunda Rusiya və yerli silahlı qüvvələrinin birgə ikitərəfli təlimi başlayıb.
Bizim.Media xəbər veirr ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Tacikistanın ərazisində aprelin 18-dək keçiriləcək təlimlərdə motoatıcı, tank, artilleriya, kəşfiyyat, eləcə də radiasiya-bioloji və kimyəvi hərbi birləşmələri, eləcə də radioelektron mübarizə qüvvələrinin bölmələri iştirak edir.
Bizim.Media