Türkiyənin xarici işlər naziri Hakan Fidanla Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, tərəflər regionda baş verən son hadisələri və Qəzzadakı son vəziyyəti müzakirə ediblər.
Danışıq zamanı Kipr məsələsi və Qara dənizdə naviqasiya təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media