Tehranın İmam Xomeyni və Mehrabad beynəlxalq hava limanları fəaliyyətini bərpa edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tasnim agentliyi yayıb.
Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi-kosmik qüvvələri aprelin 14-nə keçən gecə İsrailin hərbi obyektlərinə iri raket və pilotsuz təyyarələrlə zərbə endirdikdən sonra İranın 16 şəhərində yerləşən hava limanlarının fəaliyyəti dayandırılmışdı.
Bizim.Media