Niderland Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyinin və Ərbildəki konsulluğunun təhlükəsizlik səbəbi ilə 14 apreldən etibarən bağlanacağını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Nasrnews” nəşri yazıb.
İsrail və İran arasında qarşıdurma ehtimalının artdığını nəzərə alan nazirlik şəxsi heyətin təhlükəsizliyini ən vacib məsələ hesab etdiyini vurğulayıb.
Bizim.Media