İsrail Avropa İttifaqını (Aİ) İran İslam Keşikçiləri Korpusunu (Sepah) terror təşkilatı kimi tanımağa çağırıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrail Kats bildirib.
O, İranı Hörmüz boğazında gəminin ələ keçirilməsindən sonra “pirat əməliyyatı” keçirməkdə və “beynəlxalq hüququ pozmaqda” ittiham edib və Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Bizim.Media