Yeni Kaledoniyada aksiya: Afişanın loqosu kimi İlham Əliyevin “dəmir yumruğ”u seçilib - FOTO/VİDEO

Aprelin 13-də Yeni Kaledoniyada Fransa hökumətinin davam etdirdiyi müstəmləkəçilik siyasətinə qarşı geniş etiraz aksiyası keçirilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Yeni Kaledoniyanın Yerlərdə Fəaliyyətin Koordinasiyası Mərkəzi tərəfindən paytaxt Noumeanın “Sülh” adlandırılan əsas meydanında təşkil edilən etiraz aksiyasında 30 000-dən çox insan iştirak edib.

Aksiyanın proqramına əsasən adət-ənənələr ritualları həyata keçirilib, müstəqillik tərəfdarlarının siyasi liderləri və mərkəzin nümayəndələri çıxış ediblər. Daha sonra “Sülh” meydanından yürüş başlayıb.

Etiraz aksiyasının afişasının əsas loqosu kimi Azərbaycan Prezidenti İlham Əliyevin “Dəmir yumruğu” seçilib. Bundan əlavə, Fransa kolonializminə qarşı təşkil olunan etiraz aksiyasında iştirakçılar Azərbaycan bayrağını mərkəzi meydanda qaldırıblar.

Çıxış edən Yerlərdə Fəaliyyətin Koordinasiyası Mərkəzinin nümayəndəsi Dominique Foçi layihənin Senatda keçməsi səbəbindən vəziyyətin gərgin olduğunu deyib, rəsmi Parisi yerli Kanak xalqı ilə razılaşdırmadan bunu etməməyə çağırıb, əks təqdirdə mövcud olan sülh tarazlığına xələl gətiriləcəyini vurğulayıb.

Maraqlıdır ki, Fransadan köçən şəxslər belə yerli Kanak xalqının hüquqlarına hörmət edilməli olduğunu bildirir. Məsələn, 1993-cü ildən Fransadan Yeni Kaledoniyaya köçmüş Klaude Ayrault Yelisey sarayının addımları ilə bağlı deyib ki, Kanak xalqının hüquqlarına hörmət edilməlidir:

“Bizim buraya köç etdiyimizi qəbul etmək lazımdır”.

Ümumiyyətlə, son günlər Yeni Kaledoniyada Fransaya qarşı etirazlar səngimək bilmir. Aprelin 2-də Fransa parlamentinin yuxarı Palatası - Senat Yeni Kaledoniyada seçki qanunvericiliyini dəyişmək məqsədilə hökumətin zorla qəbul etdirmək istədiyi qanun layihəsinin lehinə səs verib. Həmin layihəyə görə, Parisin Yeni Kaledoniyaya məqsədli şəkildə köçürdüyü insanlar səsvermə hüququna malik olacaqlar. Burada Fransa hökumətinin əsas məqsədi yerli Kanak xalqının öz ölkəsində azlıqda qalmasını təmin etməkdir.

Qeyd edək ki, Paris Yeni Kaledoniyada öz kolonial hökmranlığını saxlamaq üçün buraya əlavə polis qüvvələrini ezam edib.
 





Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Fənərbağça" qol duelindən qalib ayrıldı

"Fənərbağça" qol duelindən qalib ayrıldı

Safurə həyat yoldaşının ad günündən görüntü paylaşdı - VİDEO

Safurə həyat yoldaşının ad günündən görüntü paylaşdı - VİDEO

Restoran və kafelərdə insan həyatı üçün TƏHLÜKƏ

Restoran və kafelərdə insan həyatı üçün TƏHLÜKƏ

Qaraciyəri toksinlərdən təmizləyən TƏBİİ VASİTƏ

Qaraciyəri toksinlərdən təmizləyən TƏBİİ VASİTƏ

Putinin xüsusi nümayəndəsi: Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək

Putinin xüsusi nümayəndəsi: Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək

Bakıda əmlak qiymətlərində YENİ REKORDLAR - VİDEO

Bakıda əmlak qiymətlərində YENİ REKORDLAR - VİDEO

Qəzzanı idarə edəcək komitənin üzvləri məlum oldu

Qəzzanı idarə edəcək komitənin üzvləri məlum oldu

Sabirabadda uçan körpü yenidən tikiləcək

Sabirabadda uçan körpü yenidən tikiləcək

Yazdığı vəsiyyətnaməni qızının toyunda oxudu - VİDEO

Yazdığı vəsiyyətnaməni qızının toyunda oxudu - VİDEO

Dönərxanada baş verən yanğın söndürüldü

Dönərxanada baş verən yanğın söndürüldü

Ukrayna hücum əməliyyatlarına hazırlaşır - Baş Komandan

Ukrayna hücum əməliyyatlarına hazırlaşır - Baş Komandan

Naxçıvan: Tarixin dörd anı və Naxçıvan Televiziyasının tarixi missiyası - FOTO

Naxçıvan: Tarixin dörd anı və Naxçıvan Televiziyasının tarixi missiyası - FOTO

Tabqa şəhərində kürd qadın döyüşçünün heykəlini sökdülər - VİDEO

Tabqa şəhərində kürd qadın döyüşçünün heykəlini sökdülər - VİDEO

Bakıda dönərxana yanır - VİDEO

Bakıda dönərxana yanır - VİDEO

Azərbaycanın strateji gedişi: TRIPP layihəsinin detalları - VİDEO

Azərbaycanın strateji gedişi: TRIPP layihəsinin detalları - VİDEO

Pezeşkian sosial şəbəkədə Əli Xamenei haqda bunları yazdı

Pezeşkian sosial şəbəkədə Əli Xamenei haqda bunları yazdı

Afaq Bəşirqızı uzun müddətdən sonra TEATRA qayıdır

Afaq Bəşirqızı uzun müddətdən sonra TEATRA qayıdır

Hindistan Ermənistana "Pinaka" raketləri göndərdi

Hindistan Ermənistana "Pinaka" raketləri göndərdi

Xalq artistinin oğlunun toyudur - VİDEO

Xalq artistinin oğlunun toyudur - VİDEO

Suriyada atəşkəs ELAN EDİLDİ

Suriyada atəşkəs ELAN EDİLDİ

Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşdu - Xəsarət alan var

Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşdu - Xəsarət alan var

Şəkidə ağır qəza: Yaralanan var - ÖZƏL

Şəkidə ağır qəza: Yaralanan var - ÖZƏL

Bazarlarda kərə yağı ilə bağlı SON DURUM

Bazarlarda kərə yağı ilə bağlı SON DURUM

İstanbulda qar fırtınası: Uçuşlar ləğv edildi

İstanbulda qar fırtınası: Uçuşlar ləğv edildi

End of content

No more pages to load

RADİO