“MDB ölkələri anlayır ki, ABŞ quruma daxil olan bütün dövlətlərə təsir göstərməyə çalışır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov Minskdə keçirdiyi mətbuat konfransında bildirib.
Lavrov qeyd edib ki, iclas zamanı MDB ölkələrinin işlərinə xarici müdaxilə barədə müzakirələr aparılıb: “Bəli, bu, iclasda müzakirə olunub. Bunu hər kəs çox yaxşı başa düşür ki, ABŞ və onun müttəfiqləri ümumi məkanımızın bütün regionlarını təsir altına salmağa çalışır”.
Bizim.Media