“Belarusu Ukraynaya qarşı müharibəyə çağırmaq NATO-nun xeyrinədir, onlar Minski müharibəyə sürükləmək istəyirlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında bildirib.
O, fikirlərini belə izah edib:
"Belarus Respublikası ilə Ukrayna arasında 1500 km sərhəd var. Baltik-Polşa istiqamətində daha 1500 km-i əlavə edin. Bu, ümumilikdə 3000 km-lik cəbhə deməkdir. Biz müharibəyə girsək, bütün bu cəbhəni bağlamaq məcburiyyətində qalacağıq. Bəs, biz bunu edə bilərikmi? Xeyr! Mən bunu açıq şəkildə deyirəm: bacarmarıq”.
Bizim.Media