Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefonla danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, liderlər ikitərəfli və regional məsələlər barədə danışıblar.
Onlar beynəlxalq müstəvidə baş verən siyasi prosesləri müzakirə ediblər.
Dövlət başçıları həmçinin Ramazan bayramı münasibətilə bir-birilərini təbrik ediblər.
Bizim.Media