Ağ Evdən Tehrana GİZLİ TAPŞIRIQ – İranın İsraildən qisası yenə “QİYAMƏTƏ QALACAQ”?

Xəbər verdiyimiz kimi aprelin 1-də İsrail İranın Suriyadakı konsulluğuna raket zərbələri endirdi. Nəticədə, SEPAH-ın 2 generalı onların 5 müşaviri öldürüldü. Hadisə çox böyük əks-səda yaratdı. Hətta çoxları bəyan etdi ki, bu İsrail-İran müharibəsinin başlanğıcıdır. 

Təsadüfi deyil ki, hadisədən sonra rəsmi Tehran İsrail haqqında çox sərt danışdı. Hətta İran tərəfdən belə bəyanatlar oldu ki, bu hücuma cavab olaraq İsrailin ən azı 10 səfirliyinə hava zərbələri endiriləcək. 

Bir sözlə 1 apreldən sonra çox böyük ajiotaj yaşandı. Amma bu ajiotaj səs-küydən o yana keçmədi. Artıq hadisədən 10 gün keçib. Lakin İran İsrailin heç bir səfirlik və konsulluq binasına hücum etməyib.

İran İsrailə niyə cavab vermədi?

Hadisələrə dərindən nüfuz edən zaman görmək olur ki, İranla İsrail “eyni qapıya oynayır”. Üzdə düşmən olsalar da, mahiyyətcə hər iki dövlət eyni maraqdan çıxış edir. Bu iki dövlətə isə direktiv göstərişlər okeanın o tayından gəlir. Hər iki dövlət iddiaçı yox, icraçıdır. Onlara verilən ssenaridən kənara isə çıxmaq olmaz. Məhz buna görə də İran Dəməşq hadisəsindən sonra İsrailə cavab vermədi. Sadəcə, məsələ ətrafında xeyli hay-küy yaratdı. Ən azı daxili auditoriyanı inandırmağa çalışdı ki, İsrail İranın düşmənidir. Amma rəsmi Tehran bundan o yana getmdi. Çünki, gedə bilməzdi. 

“Mehriban düşmənlər”

Bir anlığa yada salaq ki, Qərb 40 ildir ki, İranı özünə düşmən elan edib. Eyni zamanda, molla-fars rejimi də Qərbə və İsrailiə düşmən kimi “baxır”. Lakin, ötən onilliklər müddətində heç zaman Qərb və İsrail İranla birbaşa hərbi münaqişəyə girməyib. Eləcə də İran nə İsrailə, nə də ABŞ-a qarşı hansısa təsirli tədbir görməyib. Bu ölkələr arasında ancaq söz savaşı olub. Heç iqtisadi sanksiyalar da o qədər sərt olmayıb. 

Etiraf edək ki, Qərbin Rusiyaya münasibəti fonunda İranla bağlı siyasəti çox mülayimdir. Bu gün Rusiyanın siyasi adamlarının yox, hətta paraolimpiyaçılarının Avropaya və ABŞ-a girişinə “stop” qoyulub. Rusiya bir növ dünyadan təcrid edilib. Heç bir siyasi-humanitar və idman tədbirlərə Rusiya dəvət olunmur. Amma bu qadağaların heç biri İrana qarşı tətbiq edilməyib. Bu da onu göstərir ki, Qərb İranla “oyun” oynayır.

Məqsəd islamı gözdən salmaqdır.

Müasir İran dövləti anqlo-saksonlarla Vatikanın birgə layihəsidir. Qərb bu dövləti yaratmaqla müsəlmanlar arasında nifaq salmağı və İslamı gözdən salmağı hədəfləyib. İran da “çörək itirən deyil”. Qərbin istədiklərini artıqlaması ilə qaytarır. Bu gün İran dünyaya yeni İslam  “dəyərləri” ixrac edir. Bu “dəyərlər”sə cəhalət və fanatizm üzərində qurulub. 

Molla-fars rejiminin təqdim etdiyi yeni İslam modeli ancaq cəfəng və əsası olmayan ideyalar üzərində qurulub. Təsadüfi deyil ki, bu gün İranın yürütdüyü İslam siyasəti dünyanın heç bir ölkəsinin İslam ənənəsi ilə üst-üstə düşmür. Bundan əlavə, İran heç bir İslam dövləti ilə normal münasibətdə deyil. Məsələn, İran Körfəz ölkələri, Türkiyə, Azərbaycan, Əfqanstan və Pakistanla ən azı gərgin münasibətdədir. Əvəzində isə xristian Ermənistan, Rusiya və buddist Hindistanla çox mehriban münasibətdə keçinib gedir. Yəni bu cür münasibətlərin özü İranın bir İslam ölkəsi olmasına şübhə yaradır.

Molla-fars rejimi davamlı şəkildə bəyan edir ki, İranın ən ali məqsədi sionizmin axırına çıxmaqdır. Amma soruşan yoxdur ki, son 45 ildə molla-fars rejimi İsrail dövlətinə və yaxud sionizm ideologiyasına nə zaman və hansı sarsıdıcı zərbə vurub?!

İran hazırkı rejimi son 45 ildə İsraildən və xristian aləmindən daha çox İslam ölkələrinə ziyan vurub. Bu gün İraqın, Suriyanın və hətta Liviyanın xarabazarlığa çevrilməsində İranın müstəsna rolu var. Beynəlxalq müstəvidən baxanda aydın görmək olur ki, İran heç bir İslam ölkəsi ilə eyni mövqedən çıxış etməyib. Bu gün İranın strateji tərəfaşlarını göz önünə gətirəndə ilk yada düşən xristian dövlətləri olur. Rusiya, Ermənistan və digər qeyri-müsəlman ölkələri ilə İran dost-qardaş münasibətdədir. Bu da bir daha sübut edir ki, İran özünü İslam ölkəsi adlandırsa da xristian aləmiylə daha çox yaxınlıq edir və onlarla eyni maraqdan çıxış edir.

Fələstinin məhvinə İran niyə “dözür”?

Yada salaq ki, 2023-cü ilin 7 oktyabrında HƏMAS İsraili raket atəşinə tutanda İran 3 gün bayram elədi. Guya ki, bu zərbələr sionizmin kökünü kəsəcək. Hətta rəsmi Tehran bəyanat yaydı ki, İsrail Fələstinə qarşı cavab tədbirlərini dayandırmasa, İranı qarşılarında görəcəklər. Artıq 6 aydan çoxdur ki, HƏMAS-İsrail müharibəsi davam edir. Qəzza bölgəsi xarabazarlığa çevrilib. 33 mindən artıq müsəlman qətl edilib. Amma İran İsrail tərəfə bir daş belə atmayıb.  

Yəqin ki, bundan sonra da İrandan hansısa adekvat cavab görməyəcəyik. O cümlədən də İsrailin Dəməşqdə İran konsulluğuna raket hücumuna da ciddi cavab olmayacaq. Çünki bu cür təxribatlar qlobal güclərin hazırladığı çox məkrli və çirkin planların bir parçasıdır. İransa həmin qlobal güclərin əlində bir alətdir. Ona görə də bundan sonra molla-fars rejiminin İslam dəyərlərinə vuracağı bir çox zərbələrin şahidi olacağıq. Amma molla rejiminin ABŞ və İsrailə qarşı müharibəsini heç zaman görməyəcəyik.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moldova "Avroviziya 2026" iştirakçısını və mahnısını açıqladı - VİDEO

Moldova "Avroviziya 2026" iştirakçısını və mahnısını açıqladı - VİDEO

İranda "Google"a giriş bərpa edildi

İranda "Google"a giriş bərpa edildi

Messinin komandası Libertadores Kubokunda iştirak edəcək

Messinin komandası Libertadores Kubokunda iştirak edəcək

Maşın bazarında son qiymətlər - VİDEO

Maşın bazarında son qiymətlər - VİDEO

Əncir qurusunun FAYDALARI

Əncir qurusunun FAYDALARI

Şuşa yenidən ağ örpəyə büründü - FOTO

Şuşa yenidən ağ örpəyə büründü - FOTO

Arıqlama dərmanı içən Şəbnəmin səhhəti pisləşdi - VİDEO

Arıqlama dərmanı içən Şəbnəmin səhhəti pisləşdi - VİDEO

"Fənərbağça" qol duelindən qalib ayrıldı

"Fənərbağça" qol duelindən qalib ayrıldı

Safurə həyat yoldaşının ad günündən görüntü paylaşdı - VİDEO

Safurə həyat yoldaşının ad günündən görüntü paylaşdı - VİDEO

Restoran və kafelərdə insan həyatı üçün TƏHLÜKƏ

Restoran və kafelərdə insan həyatı üçün TƏHLÜKƏ

Qaraciyəri toksinlərdən təmizləyən TƏBİİ VASİTƏ

Qaraciyəri toksinlərdən təmizləyən TƏBİİ VASİTƏ

Putinin xüsusi nümayəndəsi: Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək

Putinin xüsusi nümayəndəsi: Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək

Bakıda əmlak qiymətlərində YENİ REKORDLAR - VİDEO

Bakıda əmlak qiymətlərində YENİ REKORDLAR - VİDEO

Qəzzanı idarə edəcək komitənin üzvləri məlum oldu

Qəzzanı idarə edəcək komitənin üzvləri məlum oldu

Sabirabadda uçan körpü yenidən tikiləcək

Sabirabadda uçan körpü yenidən tikiləcək

Yazdığı vəsiyyətnaməni qızının toyunda oxudu - VİDEO

Yazdığı vəsiyyətnaməni qızının toyunda oxudu - VİDEO

Dönərxanada baş verən yanğın söndürüldü

Dönərxanada baş verən yanğın söndürüldü

Ukrayna hücum əməliyyatlarına hazırlaşır - Baş Komandan

Ukrayna hücum əməliyyatlarına hazırlaşır - Baş Komandan

Naxçıvan: Tarixin dörd anı və Naxçıvan Televiziyasının tarixi missiyası - FOTO

Naxçıvan: Tarixin dörd anı və Naxçıvan Televiziyasının tarixi missiyası - FOTO

Tabqa şəhərində kürd qadın döyüşçünün heykəlini sökdülər - VİDEO

Tabqa şəhərində kürd qadın döyüşçünün heykəlini sökdülər - VİDEO

Bakıda dönərxana yanır - VİDEO

Bakıda dönərxana yanır - VİDEO

Azərbaycanın strateji gedişi: TRIPP layihəsinin detalları - VİDEO

Azərbaycanın strateji gedişi: TRIPP layihəsinin detalları - VİDEO

Pezeşkian sosial şəbəkədə Əli Xamenei haqda bunları yazdı

Pezeşkian sosial şəbəkədə Əli Xamenei haqda bunları yazdı

Afaq Bəşirqızı uzun müddətdən sonra TEATRA qayıdır

Afaq Bəşirqızı uzun müddətdən sonra TEATRA qayıdır

End of content

No more pages to load

RADİO