“Rusiya olduqca güclü rəqibdir və əsas kiber təhlükələrdən biri olaraq qalır”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Federal Təhlükəsizlik Bürosunun (FTB) rəhbəri Kristofer Wray bildirib.
O qeyd edib ki, Rusiya hökuməti kiber əməliyyatlarına böyük sərmayə qoymağa davam edir:
“Çünki öz kiber güclərini bizimlə ayaqlaşdıra bilmək üçün asimmetrik silah kimi görür”.
Wray həmçinin qeyd edib ki, Rusiya da Çin kimi həm ABŞ-da, həm də bütün dünyada kritik infrastruktura, o cümlədən dənizaltı kabellərə və sənaye nəzarət sistemlərinə hücum etməkdə davam edir:
“Ukraynaya səbəbsiz işğalından sonra biz Rusiyanın ABŞ-ın enerji sektorunda kəşfiyyat aparmasının şahidi olduq".
Bizim.Media