Rusiyanın Orenburq vilayətinin Orsk şəhərinin yaxınlığındakı Ural çayında su bəndinin dağılması nəticəsində daşqına məruz qalmış ərazilərdən 2,4 mindən çox insan təxliyə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə vilayət administrasiyası məlumat yayıb.
Bildirilib ki, ərazidən 704-ü uşaq olmaqla, 2467 nəfər təxliyə edilib.
Təxliyə edilənlər üçün 16 müvəqqəti məskunlaşma mərkəzi yaradılıb.
Bizim.Media