Avropa İttifaqı (Aİ) Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvlərinin Cənubi Qafqaza səfəri başlayıb.
Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, əvvəlcə nümayəndə heyəti İrəvana gedib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşən heyət Aİ ilə münasibətlərin əhəmiyyətli dərəcədə dərinləşməsinə yönəlmiş prosesi məmnunluqla qeyd edib.
Görüş zamanı Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesindən danışıb.
Qeyd edək ki, nümayəndə heyəti Ermənistandan sonra Gürcüstan və Azərbaycana da səfər edəcək.
Bizim.Media