Ukrayna hərbi kəşfiyyatı Rusiyanın “Serpuxov” raketdaşıyan gəmisinə qarşı əməliyyat keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, aprelin 7-də hərbi gəmi Kalininqradda Baltik Dəniz Bazasında olarkən əməliyyat başlayıb və gəmidə yanğın baş verib.
İdarənin məlumatına görə, yanğın nəticəsində gəminin kommunikasiya və avtomatlaşdırma sistemləri sıradan çıxıb.
Bizim.Media