Rusiya tərəfi Ukrayna ordusunun Çasov Yardakı dayaq məntəqəsini ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiyanın İvanovo Hava Desant Qüvvələrinin Cənub qoşun qrupunun desantları Çasov Yar şəhərinin kənarındakı Ukrayna istehkamını ələ keçirib.
Bildirilib ki, gecə boyunca davam edən döyüşlər zamanı Rusiyanın Hərbi Desant Qoşunları döyüş təyyarələri və artilleriyanın köməyi ilə məntəqəyə nəzarəti təmin edib.
Bizim.Media