Rusiyanın Bryansk vilayətinin Starodub rayonunun Kurkoviçi kəndinə hücum olub.
Bizim.Media xəbər verir ki, bu barədə regionun rəhbəri Aleksandr Boqomaz Telegram kanalında məlumat verib.
“Ukraynalı Silahlı Qüvvələri Starodub bələdiyyə rayonunun Kurkoviçi kəndinə hücum ediblər. Ölən və yaralananlar olmayıb. Hücum nəticəsində enerji təchizatı dayandırılıb”, - deyə siyasətçi bildirib.
O, əlavə edib ki, artıq təcili yardım xidmətləri hadisə yerində işləyir.
Bizim.Media