Ukrayna Odessa limanından konteyner daşımalarını bərpa edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ali Radanın deputatı Danil Qetmantsev məlumat yayıb.
“Aprelin 3-də, genişmiqyaslı işğalın başlanmasından bəri ilk konteyner gəmisi Böyük Odessa limanlarından birinə gəlib və ertəsi gün Ukraynadan uğurla geri qayıdıb”, - deyə Qetmantsev qeyd edib.
Bizim.Media