Türkiyə Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.
Qərara əsasən, Tacikistanın mülki pasport sahiblərinin Türkiyəyə səfəri üçün vizasız rejimin ləğvi qərara alınıb.
İlkin ehtimallara görə buna səbəb kimi Tacikistan vətəndaşlarının Rusiyanın “Crocus City Hall” konsert zalında torədilən dəhşətli terror aktının təşkili və törədilməsində ittiham olunurlar.
Bizim.Media