Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində bəndin uçması nəticəsində baş verən daşqında 9 qəsəbə su altında qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, daha üç qəsəbənin su altında qalma təhlükəsi var.
Qeyd edək ki, daşqın nəticəsində 4 nəfər ölüb, 2400-dən artıq yaşayış evi və 3065 həyətyanı ərazi su altında qalıb, su anbarı tamamilə dağılıb.
Bizim.Media